XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 August 2019 - 19:26

Taxta bazarında yanğının söndürülməsinə dəmiryolçular da cəlb olunub –Açıqlama + FOTO

Bakının Nərimanov rayonu ərazisində Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verib.

Azərbaycan Dəmir Yolları” QSC-sən “Report”a verilən məlumata görə, yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən texnikaları cəlb olunub.

Yanğınsöndürən texnikaların fasiləsiz su ilə təchiz olunması üçün yanğın baş verən əraziyə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mühafizə İdarəsinin 2 çən vaqonu gətirilib. Eyni zamanda “ADY Konteyner” MMC-yə məxsus 160 tonluq su çənindən də istifadə olunub.