XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 August 2019 - 00:09

“Yuventus”un argentinalı forvardı fəryad edir:"Amazoniya yanır" + FOTO

İtaliyanın “Yuventus” klubunun argentinalı forvardı Paulo Dibala Amazon meşələrində tüğyan edən yanğınlardan narahatçılığını ifadə edib.

O, bu barədə öz “İnstagram” səhifəsində yazıb.

“Amazoniya yanır. Amazoniya təkcə Cənubi Amerika deyil, o hamımıza aiddir. Onun meşələri Yerin ciyərləridir, planetimizə 20% oksigen verir. Amazoniya bütün dünyanın meşəsidir və hazırda bizim gələcəyimiz yanır. Amazoniya bütün bunlara layiq deyil, Yer bütün bunlara layiq deyil. Siz bir şey etməlisiniz”, – deyə Dibala insan ciyərlərinin əks olunduğu foto paylaşaraq, altından bunları yazıb/Report.