Bu gün UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün play-off mərhələsi çərçivəsində “Qarabağ” İrlandiyada “Linfild”in qonağı olub.
Strateq.az xəbər verir ki, oyunun 14-cü dəqiqəsində “Qarabağ”lı Faysal Rerras qola imza atıb – 0:1.
40-cı dəqiqədə ev sahiblərindən Stafford bərabərlik qolunu vurub – 1:1.
45+1-də “Linfild” daha bir qola imza atıb – 2:1.
75-ci dəqiqədə Laveri 3-cü topu qapımızdan keçirib – 3:1
90+2-də “Qarabağ” hesab arasındakı fərqi penaltidən azaldıb – 3:2.
Beləliklə, oyunun taleyi bir həftə sonra Bakıdakı cavab oyunda həll olunacaq.