XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

23 Avqust 2019 - 09:37

Qurban Qurbanov:"Cavab matçında böyük şansımız var"

“Futbolda nadir hallarda belə şeylər olur”. 

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

47 yaşlı mütəxəssis Avropa Liqasının pley-off mərhələsinin “Linfild”lə Şimali İrlandiyadakı ilk oyununda alınan 2:3 hesablı məğlubiyyətə şərh verib: “Çoxsaylı qol imkanlarımız oldu və bunlardan yararlana bilmədik, rəqib isə qol epizodlarından yox, standart vəziyyətlərdən qollarını vurdu. Bu futboldur, bunlara da hazır olmalıyıq. Cavab matçında böyük şansımız var. Bakıda qələbə qazanmağa çalışacağıq”. (APA)