XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 August 2019 - 15:44

Mərdəkan körpüsündən avtomobil aşıb –Xəsarət alanlar var

Mərdəkan körpüsündən avtomobil aşıb. 

Səhiyyə Nazirliyindən “Report”a verilən məlumata görə, biri uşaq olmaqla üç nəfər xəsarət alıb.

Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Onlardan 33 yaşlı kişiyə döş qəfəsinin əziyi, 31 yaşlı qadına qapalı kəllə beyin travması, döş qəfəsinin əziyi, 4 yaşlı oğlan uşağına isə sol baldırın əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.