XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

22 Yanvar 2016 - 12:43

“Qiyamçı müstəntiq”in valideynləri prezidentə üz tutdu: [color=red]”Digərlərinə də bu sevinci bəxş edin”

eldar-xanimi.jpg

Bu gün barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilən Zərdab rayon prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun atası Eldar Sabiroğlu və anası Tahirə Səfərova Azərbaycan prezidenti İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya minnətdarlıq məktubu ünvanlayıblar.
 
Məktubda deyilir:
 
“Möhtərəm Prezident, hörmətli Mehriban xanım!
 
Oğlumuz Rüfət Səfərovun məlum işi ilə əlaqədar çox üzüntü keçirdik. Ailəmizin həyacan və əzabını sözlə ifadə etmək çətindir. Allah kimsəyə, heç bir valideynə belə ağır günü göstərməsin. Ancaq yenə ümidlə yaşayırdıq. 
 
Möhtərəm Prezident!
 
Şükürlər olsun ki, bu ümidimizi puça çıxarmadınız. Siz gənc bir insanın həyatını dəmir barmaqlıqlar arasında davam etdirməsinin önünü kəsdiniz. Bu günədək yüzlərlə vətəndaşımızı həbsxana divarları arasından xilas edərək, onların azadlığa qovuşması üçün göstərmiş olduğunuz böyük humanizmin və bir şəxsiyyət kimi nümayış etdirdiyiniz rəhmidilliyin yüksək dəyər və qiymətə söykəndiyini etiraf etməyə bilmirik. Sonsuz inamla qeyd etmək istərdik ki, bundan sonra da bu cür xeyrxahlığınız gözləri yolda qalan ata-analarımızı sevindirəcək və ailələrə xosbəxtlik nəsib edəcəkdir. İnsanın hiss və duyğulardan kənar yaşamasının nə qədər çətin olduğunu sübut etməyə ehtiyac yoxdur. Bu mənada Rüfətin yanına – 1 N Bakı istintaq təcridxanasına gedərkən qapı ağzında toplaşmış kədər və qussədolu gözlərə baxmaq, pəncərədən boylanan həbsxana “sakinlərinin” həsrətli baxışlarını görmək bir sızıltı kimi içimizi göynətdi. Daxili bir inam bizdə əminlik yaradır ki, Rüfəti azad dünyaya çıxardığınız kimi, həmin təcdirxana qarşısında gözü yaşla dolu olan ana və bacılarımıza da bizə bəxş etdiyiniz sevinci onlara da qismət edəcəksiniz.
 
Bir daha bu sevinci ailəmizə yaşatdığınıza görə, Sizə və xanımınız Mehriban Əliyevaya dərin təşəkkur və minnətdarlığımızı bildiririk.
 
Cənab Prezident, böyük ürək sahibi olduğunuzu övladımız Rüfətin qismində bir daha göstərdiniz.
 
Çox sağ olun! 
 
Dərin hörmətlə: Eldar Sabiroğlu və Tahirə Səfərova 
 
22.01.2016"