Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsində baş verən yanğın söndürülüb.
FHN-nin məlumatın görə, açıq ərazidə 2 ha sahədə quru ot və 50 ədəd şam ağacı qismən yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub
***
Bakının Suraxanı rayonu, Yeni Ramana qəsəbəsinin ərazisində quru ot və kol-kos yanır.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğınsöndürmə işləri davam etdirilir.