XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

24 Avqust 2019 - 11:52

Şəki və Xızı dağlarında baş verən yanğın söndürülüb- FHN

Şəki və Xızının dağlıq ərazilərində baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, Şəki rayonunun Təpəcənnət kəndində dağlıq ərazidə 200 ha sahədə kol-kos və quru ot yanıb. Yaxınlıqdakı meşə massivi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa Xızı rayonunun Fındığan kəndində dağlıq ərazidə 60 ha quru ot və kol-kos yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.