XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

05 Mart 2015 - 08:32

Bakıda ata və iki oğlu yol polislərini döydülər

Bakıda yol polisi ilə sürücü mübahisəsi insidentlə nəticələnib

Strateq.az xəbər verir ki, bu barədə “qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü İlqar Əliyevin idarə etdiyi “Mercedes” markalı 99 GV 350 nömrəli avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman sürücü və maşındakı ailə üzvləri olan sərnişinlərlə polis əməkdaşları arasında mübahisə düşüb. Sonradan isə mübahisə əlbəyaxa davaya çevrilib. Həmin zaman sərxoş olan sürücü İlqar Əliyev, atası İsmayıl Əliyev, qardaşı Fərid və Elşad Qasımov polis serjantı Rüfət Əlizadəni, polis baş serjantları Faiq Əhmədovu və Cavanşir Qasımovu söyüb və xəsarət yetiriblər.