XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 August 2019 - 20:53

Premyer Liqa:"Sabah" öz meydanında "Keşlə"yə məğlub oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun növbəti oyunu keçirilib.

“Report”un məlumatına görə, “Bank Respublika Arena”da “Sabah” və “Keşlə” komandaları üz-üzə gəlib.

Səbuhi Bayramovun idarə etdiyi qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb. Yeganə qolu ilk hissənin uzatma dəqiqəsində Vüsal İsgəndərli vurub. 73-cü dəqiqədə Sezar Meza Kolli “Keşlə”ni azlıqda qoysa da, “Sabah” say üstünlüyündən yararlana bilməyib.

Bu nəticədən sonra “Keşlə” ilk qələbəsini qazanıb.

Qeyd edək ki, turun açılış matçında “Sumqayıt” evdə “Səbail”ə böyük hesabla uduzub – 0:3.