"Azərbaycan Hava Yollarının" (AZAL) Bakı – Nyu-York aviareysi ABŞ-da hava şəraiti ilə əlaqədar ləğv olunub.
Bunu trend.az-a Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər. Təyyarənin Bakıdan uçuşu yanvarın 23-ü saat 06:00-da nəzərdə tutulmuşdu.
Qeyd edək ki, ABŞ-ın şərq sahillərində güclü qar yağması səbəbindən təxminən 5 min aviareys ləğv olunub.