XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

26 Avqust 2019 - 15:09

Yan xətt hakimləri robotlarla əvəzlənə bilər –FIFA

FIFA rəhbərliyi yan xətt hakimlərini robotlarla əvəzləməyi düşünür.

Artıq qurumun müvafiq məsələ ilə bağlı araşdırmalar aparan departamenti mövcuddur: “Robotlar gələcəkdə yan xətt hakimlərinin yerini ala biləcəkmi? Bu, həqiqətən bir gün baş verə bilər”.

Qeyd edək ki, son illər müasir texnologiya futbolda tədricək istifadə olunmağa başlayıb. FIFA-da ilk addım topun qapı xəttini keçib-keçməməsini müəyyənləşdirən sistemin tətbiqi olub.

2018-ci ildən başlayaraq bir sıra yarışlarda Video Köməkçi Hakim (VAR) funksiyasından istifadə olunur. Bunun sayəsində hakimlər mübahisəli epizodlara təkrar baxa bilər və bundan sonra qərar verə bilərlər. (Report)