XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

26 Avqust 2019 - 15:59

Ana iki uşağı ilə itkin düşüb –FOTO

Qazaxda  itkin düşən ana və övladları yaxınları tərəfindən axtarılır.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Qazax rayon  sakini, 1991-ci  il təvəllüdlü Nərgiz Qasımova azyaşlı uşaqları,  2011-ci il təvəllüdlü Günel Qasımova və 2013-cü il təvəllüdlü Elgün Qasımova ilə birlikdə  avqustun 4-ü Qazax rayon Ağköynək kəndindəki yaşadığı evdən  çıxaraq bir daha geri qayıtmayıb.

G.Qasımovanın əlamətləri belədir: boyu 157 sm, arıq bədən quruluşlu, gödək qara saçlara malik, gözlərinin rəngi şabalıdı.

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-295-14-97 şəhər və (050) 392-02-21, (055) 335-29-55  mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.