XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 January 2016 - 09:37

MTRŞ “Hesabat”la bağlı qərarın icrasını [color=red]müvəqqəti dayandırdı

ANS televiziyasının efirində yayımlanan “Hesabat” analitik-informasiya proqramının dayandırılması ilə bağlı qərarın icrası müvəqqəti dayandırılıb.

Trend.az-ın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

N.Məhərrəmli qeyd edib ki, MTRŞ serialların çəkilməsi ilə bağlı müqavilə öhdəliklərini əməl etmədiklərinə görə İTV və ANS kanallarını məhkəməyə verib:

"Müxtəlif sahələr üzrə baş verən qanun pozuntuları barədə sənədlər toplanıb. Bizim heç bir kanala qarşı qərəzimiz yoxdur".

N.Məhərrəmli qeyd edib ki, ANS kanalı ilə bağlı şuranın indiyədək verdiyi bütün qərarlar qanuna əsaslanır:

"Bütün efir məkanında qanun pozuntularının çox azaldığını deyə bilərik. Amma Azərbyacan efirində görülməli işlər çoxdur, orada olan bütün problemləri tədricən aradan qaldıracağıq".