XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

23 Yanvar 2016 - 10:20

“Sevimli şou” verilişi [color=red]bağlandı

 

 

 

 

 

 

 

 

 

 

""Space" telekanalında yayımlanan “Sevimli şou”nun yayımı dayandırılıb. Bu, milli-mənəvi dəyərlərə verdiyimiz qiymətin nəticəsidir”.
 

Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. O bildirib ki, əvvəlki illərlə müqayisədə Azərbaycan efir məkanında qanun pozuntuları minimuma endirilib: 

“Buna apardığımız işlər, inzibati tənbeh tədbirləri ilə nail olunub. Yerdə qalan problemlər tədricən aradan qaldırılacaq”.
 
Şura sədri qeyd edib ki, telekanallar öz üzərilərində çalışmalıdırlar: “Telekanallarda yayımlanan bəzi verilişlərə baxanda utanıram. Biz media azadlığına qarşı çıxa bilmərik. Eyni zamanda, telekanallarda kadr problemi bir nömrəli problemdir”.

“Sevimli şou”nun aparıcısı Mikayıl Güləddinoğlu verilişin bağlanması xəbərinə münasibət bildirib. Lent.az-a açıqlama verən aparıcı bildirib ki, bu qərardan xəbərsizdir:

 “Açığı, mənə verilişin bağlanması ilə bağlı heç bir xəbərdarlıq olunmayıb. Mən indi işdəyəm, xəbəri ilk olaraq sizdən eşidirəm. Belə məsləhət biliblərsə, yəqin, belə də lazımdır”.

Apa.az