XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

26 Avqust 2019 - 20:04

ƏƏSMN-nin aparat işçilərinin sayı artırılıb –Fərman

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatının işçilərinin sayı artırılıb.

Bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanın 7-ci hissəsinə edilən dəyişikliklə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatının işçilərinin say həddi 289 ştat vahidindən 309-a qaldırılıb.

Digər dəyişikliklə isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının işçilərinin say həddi 4536 ştat vahidindən 4366-ya endirilib.