XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 August 2019 - 09:55

Kolleclərdə boş qalan yerlərin siyahısı açıqlandı –“Abituriyent” jurnalında

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının xüsusi buraxılışını çap edib. 

Strateq.az xəbər verir ki, jurnalın bu xüsusi buraxılışında ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi elanı həmçinin “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması və təsdiqi üçün təlimat və “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin nümunəsi, qəbul aparılan ixtisasların siyahısı, boş yerlərin sayı və s. məlumatlar Azərbaycan və rus dillərində dərc olunub.

Jurnalı A.Salamzadə küçəsi, 28, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar.