XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

27 Avqust 2019 - 16:23

BŞİH-dən ictimai çimərliklərlə bağlı xəbərlərə reaksiya:"Pulsuzdur"

“Son bir neçə gündə yeni yaradılmış ictimai çimərliklərdəki vəziyyətlə bağlı bəzi KİV-lərdə həqiqətə uyğun olmayan xəbərlər verilib. Tam rəsmi şəkildə bildiririk ki, Bakı şəhərində Səbail rayonu “Şıx” ərazisində, Xəzər rayonu Buzovna və Binəqədi rayonu Görədil qəsəbələrində IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə yeni yaradılmış ictimai çimərliklər pulsuzdur”.

Strateq.az xəbər verir ki, bu, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, çimərliklərdə sanitar vəziyyətin lazımi səviyyədə saxlanilması və təmizlik işlərinin aparılması üçün xidmət personalı fəaliyyət göstərir və bura nəzarətdə saxlanılır.