FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunun Nabran kəndində dənizdə, məntəqə ərazisində 2 nəfərin çimərkən batması barədə məlumat daxil olub.
Strateq.az FHN-ə istinadla xəbər verir ki, hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfəri xilas edib.
1951-ci il təvəllüdlü Quliyev Səfər Qulu oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.