XƏBƏR LENTİ

05 İyun 2020

Digər Xəbərlər

27 Avqust 2019 - 18:11

Qaxda meşə zolağındakı yanğın söndürülüb –400 hektar ərazi mühafizə olunub

Qax rayonunda meşə zolağında yanğın bas verib.

Yanğın bu gün axşam saatlarında rayonun Süskənd və Fısdıqlı kəndlərinin yaxınlığında, həmin kəndlərə gedən yolun ətrafında baş verib.

Əraziyə Qax rayon dövlət yanğından mühafizə hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

Yanğın nəticəsində meşəlik zolağında quru kol-kos və bəzi yerlərdə ağaclar yanıb.

Yarım hektar ərazini əhatə edən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, 400 hektara yaxın meşə zolağı yanğından mühafizə olunub/Report.