XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

27 Avqust 2019 - 19:15

Polis əməkdaşları Bərdədə baş verən yanğının söndürülməsində fəal iştirak ediblər –FOTOLAR

Bərdə rayonunun Cumalar kəndindəki meşəlik ərazidə ötən gün qeydə alınan yanğının söndürülməsində polis əməkdaşları da yüksək fəallıq göstəriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Strateq.az-a verilən məlumata görə, yanğının söndürülməsinə Bərdə Rayon Polis Şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və yerli sakinlər cəlb olunublar.

Yanğının qarşısının alınmasında Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları da fəal iştirak ediblər. Cumalar kəndi ərazisindəki yanğın qısa müddətdə söndürülüb. Yanğının digər sahələrə keçməsinin qarşısı vaxtında alınıb və başvermə səbəbləri araşdırılıb.