XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

27 Avqust 2019 - 22:50

Madridin küçələri və metro stansiyaları su altında qalıb –Güclü yağışlara görə

Ötən gün İspaniyaya yağan güclü yağış paytaxt Madriddə küçələrin su altında qalması, yolların bağlanması, bir neçə metrostansiyanın müvəqqəti olaraq bağlanmasına və şəhər hava limanında reyslərin gecikməsinə gətirib çıxarıb.

Bu barədə yerli fövqəladə hallar xidmətinin məlumatında bildirilir.

Məlumata görə, bəzi hallarda dolu ilə müşayiət olunan leysan yağışları səbəbindən 1000-dən çox hadisə qeydə alınıb.

Yaşayış məntəqələri arasında daha çox Arqanda-del-Rey, Valdemoro, Pinto, Rivas-Vasyamadrid, Xetafe və digərləri var. Yağışlar səbəbindən yollarda hərəkət bağlanıb/Report.