Hazırda Suriyada İŞİD terror təşkilatı və onun tərəfdarlarının 3 minə yaxın yaraqlısı var.
Bunu BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Rusiyanın BMT yanında daimi nümayəndəsinin müavini Gennadi Kuzmin deyib.
“Hazırda Suriya ərazisində İŞİD-çilər və onların tərəfdarlarının ümumi sayı təqribən 3 min nəfər təşkil edir”, – deyə o bildirib.
Rusiya rəsmisi qeyd edib ki, Suriyada həmçinin çoxlu sayda başqa terror qruplaşmaları da fəaliyyət göstərir. /Report