XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

28 Avqust 2019 - 17:22

Şeyxülislam Allahşükür Paşazadə Səudiyyəyə səfər edib- Qarşı tərəfin dəvəti ilə

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfərə yola düşüb.

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səfər Səudiyyə Ərəbistanının tərəfinin dəvəti əsasında həyata keçirilir.

Səudiyyə Ərəbistanı Kralının müşaviri Səəd bin Naser Əl-Şesrinin dəvəti ilə gerçəkləşən səfər çərçivəsində QMİ sədri A. Paşazadə İslam Aləmi Liqasının Baş Katibi, Kəbənin imamı, Məscidül-Həramın işlər rəisinin müavini ilə görüşəcək.

Sentyabrın 4-nə qədər davam edəcək səfərin proqramına Ümrə ziyarəti, Məkkə, Mədinə, Taif şəhərlərində bir sıra görüşlər, həmçinin, Kəbənin örtüyünün hazırlandığı fabriki, Kəbə saatı muzeyini ziyarət, krallıqda həyata keçirilən bir sıra layihələrlə tanışlıq daxildir.