XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

29 Avqust 2019 - 09:50

Kolleclərə qəbul olanların qeydiyyatı bu gün başa çatır –DİM

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin qeydiyyatı bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, abituriyentlər avqustun 29-u saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər. Göstərilən müddətə qədər qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilmir.