XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 January 2016 - 11:08

Qar, sulu qar yağacaq… – [color=red] Həftənin ilk iş gününün hava PROQNOZU

Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara, qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Temperatur gecə və gündüz 0-2° isti, axşam 1°-dək şaxta olacaq.

Azərbaycan rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimal edilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.

Yolların buz bağlayacağı ehtimalı var.

Dağlarda gecə 8-13° şaxta, gündüz 2-7° şaxta olacağı gözlənilir. Çovğun olacağı, yolların buz bağlayacağı ehtimalı var.