XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

29 Avqust 2019 - 18:16

Gənc kursantlar döyüş təlimində –VİDEO

Gənc kursantların hazırlığı planına uyğun olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin birinci kurs kursantlarının “Qaraheybət” təlim mərkəzinə çöl çıxışları başlayıb.

Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, tədris prosesinin təqvim qrafiki əsasında səhra şəraitində keçirilən məşğələlərdə kursantlar döyüş meydanında hədəflərin aşkar edilərək atəşlə məhv edilməsi, silahlanmadakı müxtəlif silah nümunələrindən istifadə vərdişləri, eləcə də taktiki hazırlıq və hərbi topoqrafiya dərsləri üzrə digər tapşırıqları icra edirlər.

Çalışmaların yekununda kursantların hazırlığı əldə etdikləri nəticəyə əsasən qiymətləndiriləcək.