XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

30 Avqust 2019 - 09:08

Avropa Liqasında qrup mərhələsinin səbətləri dəqiqləşib –"Qarabağ" püşkü gözləyir

Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkü atılacaq.

Tədbir Monakoda baş tutacaq.

Bakı vaxtı ilə saat 15:00-da başlayacaq mərasimdə 48 klub 12 qrupa bölünəcək. Bu komandalardan 21-i Avropa Liqasında pley-off mərhələsinin qalibidir. Çempionlar Liqasının 10 uğursuzu, həmçinin birbaşa qrupdan mübarizəyə başlayacaq 17 klubun da püşkatmada rəqibi dəqiqləşəcək.

Azərbaycan çempionu “Qarabağ” da avrokuboklarda 6-cı, Avropa Liqasında 5-ci dəfə əsas mərhələdə çıxış edəcək. Çempionlar Liqasında Albaniya “Partizani”si (0:0, 2:0) və İrlandiya “Dandolk”unu (1:1, 3:0) mübarizədən kənarlaşdırıb Kipr APOEL-inə uduzan (2:1, 0:2) Qurban Qurbanovun yetirmələri Avropa Liqasına keçib. Burada Şimali İrlandiya “Linfild”i səfər qolu ilə yarışla vidalaşıb – 2:3, 2:1.

Püşkatma öncə komandalar reytinqinə görə səbətlərə bölünüb. “Qarabağ” əmsalına əsasən 3-cü səbətə düşüb.

Qeyd edək ki, qrup mərhələsinin oyun günləri də bəllidir. Sentyabrın 19-da başlayacaq qrup matçları dekabrın 12-də yekunlaşacaq.

I səbət
“Sevilya” (İspaniya)
“Arsenal” (İngiltərə)
“Portu” (Portuqaliya)
“Roma” (İtaliya)
“Mançester Yunayted” (İngiltərə)
“Dinamo” (Kiyev, Ukrayna)
“Beşiktaş” (Türkiyə)
“Bazel” (İsveçrə)
“Sportinq” (Portuqaliya)
MOİK (Rusiya)
“Volfsburq” (Almaniya)
“Latsio” (İtaliya)

II səbət
PSV (Hollandiya)
“Krasnodar” (Rusiya)
“Seltik” (Şotlandiya)
“Kopenhagen” (Danimarka)
“Braqa” (Portuqaliya)
“Gent” (Belçika)
“Borussiya” M (Almaniya)
“Astana” (Qazaxıstan)
“Yanq Boyz” (İsveçrə)
“Lüdoqorets” (Bolqarıstan)
APOEL (Kipr)
“Ayntraxt” (Almaniya)

III səbət
“Sent-Etyenn” (Fransa)
“Qarabağ” (Azərbaycan)
“Feyenoord” (Hollandiya)
“Xetafe” (İspaniya)
“Espanyol” (İspaniya)
“Molde” (Norveç)
“Partizan” (Serbiya)
“Standard” (Belçika)
“Vulverhempton” (İngiltərə)
“Renn” (Fransa)
“Rusenborq” (Norveç)
“Başakşəhər” (Türkiyə)

IV səbət
“Alkmaar” (Hollandiya)
“Aleksndriya” (Ukrayna),
“Düdelanj” (Lüksemburq)
LASK (Avstriya)
“Volfsberq” (Avstriya)
“Luqano” (İsveçrə)
“Ferensvaroş” (Macarıstan)
“Trabzonspor” (Türkiyə)
“Slovan” (Slovakiya)
ÇFR (Rumıniya)
“Vitoriya” (Portuqaliya)
“Reyncers” (Şotlandiya)