XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 August 2019 - 13:35

Oliver Kan “Bavariya”nın baş direktoru olacaq

“Bavariya”nın sabiq qapıçısı Oliver Kan klubun İdarə Heyətinin üzvü olub.

O, 2022-ci ildə baş direktor vəzifəsində Karl-Haynts Rummenigeni əvəzləyəcək. 50 yaşlı sabiq qolkiperin klubla müqaviləsi 5 illik nəzərdə tutulub və 2020-ci il yanvarın 1-də qüvvəyə minəcək.

Qeyd edək ki, Oliver Kan 1994 – 2008-ci illərdə “Bavariya”nın formasını geyinib. O, 1995 – 2006-cı illərdə Almaniya millisinin şərəfini qoruyub. (report)