XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Avqust 2019 - 15:48

İsrail səfirliyinin sözçüsü:"Fox News”un yayımladığı video Hizbullahın İsrail üçün yaratdığı təhlükənin göstəricisidir"

“UNIFIL-in mandatı dünən yeniləndi və İsrail UNIFIL-in səlahiyyətlərinin daha yaxşı yerinə yetirilməsinə zəmanət vermək üçün ABŞ və digər ölkələrin  göstərdiyi səyləri yüksək qiymətləndirir”.

Bunu bu gün keçirdiyi online brifinq zamanı İsrailin Azərbaycandakı səfirliyinin sözçüsü Avital Rozenberq avqustun 28-də ABŞ-ın “FOX News” telekanalı tərəfindən yayımlanan və BMT-nin sülhməramlı qüvvələrinin (UNİFİL) Livanın cənubunda Hizbullah silahlıları tərəfindən hücuma məruz qalmasını əks etdirən videonu şərh edərkən deyib.

A. Rozenberq bildirib ki, Hizbullahın UNİFİL-ə qarşı tədbiq etdiyi məhdudiyyətlər sülhməramlı qüvvələrin öz işini yerinə yetirməsinə mane olur.

“Bir il öncə çəkilən və “Fox News” tərəfindən yayımlanan video UNİFİL-in Hizbullaha qarşı zəifliyinin və Hizbullahın İsrail üçün yaratdığı təhlükənin göstəricisidir. Hizbullah İsraili məhv etməyi hədəfləyən radikal terror təşkilatıdır. Hizbullah lideri Həsən Nəsrullah bu il iyulun 12-də verdiyi müsahibəsində bildirib ki, Hizbullahın dəqiq hədəfləri məhv edə biləcək raketləri var. Əvvəl təhdidlər Hayfa şəhərinə yönəlirdisə, indi İsrailin ən cənubunda yerləşən Elat şəhərini belə hədəf alacaq raketləri mövcuddur. Beləliklə də bu, İsrailin suverenliyini risk altına alır. Hizbullah yaxşı silahlanıb, hətta Livan silahlı qüvvələrindən belə yaxşı silahlanıb”, – səfirliyin sözçüsü bildirib. (APA)