XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

30 Avqust 2019 - 16:44

Dünya çempionatı:Elmar Qasımov 5-ci yeri tutub

Azərbaycan cüdoçusu Elmar Qasımov Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.

100 kq çəki dərəcəsində mübarizə aparan idmançı yaponiyalı Aaron Volfla üz-üzə gəlib. Qarşılaşmadan məğlub ayrılan Qasımov 5-ci yerlə kifayətlənib.

Qeyd edək ki, əvvəlki yarış günlərində 73 kq çəkidə Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medal qazanıb. 90 kq-dakı Məmmədəli Mehdiyev isə 7-ci yerlə kifayətlənib.

*** 

Azərbaycan cüdoçusu Elmar Qasımov Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında yarımfinal görüşünü keçirib.

100 kq çəki dərəcəsində yer alan 29 yaşlı idmançının rəqibi portuqaliyalı Jorje Fonseka olub. Görüş Fonsekanın qələbəsi ilə yekunlaşıb. Qasımovun təsəlliverici görüşdə rəqibi yaponiyalı Aaron Volf olacaq.

*** 

Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında bu gün Azərbaycanın iki cüdoçusu mübarizəyə qoşulub.

100 kq çəki dərəcəsində yer alan Elmar Qasımov və Zelim Kotsoyev tatamiyə çıxıblar. Qasımov 1/32 finalda belaruslu Daniel Mukete ilə üz-üzə gəlib və qızıl xalla qələbə qazanıb. Onun növbəti rəqibi Rusiyanı təmsil edən erməni Arman Adamyan olub. Bu dəfə Qasımov 78 saniyəyə ipponla qalib gələrək, 1/8 finala yüksəlib. Azərbaycanlı cüdoçu 1/4 finala vəsiqə uğrunda görüşdə braziliyalı Rafael Buzakarinini sınağa çəkib.  Bu dəfə Qasımov 96 saniyəyə ipponla qələbə qazanıb. Yarımfinala gedən yolda onun rəqibi hollandiyalı Mixael Korrel olub. Qasımov 3 dəqiqə 10 saniyəyə ipponla qələbə qazanaraq, daha bir mərhələ adlayıb.

Finala vəsiqə uğrunda görüşdə rəqib portuqaliyalı Jorje Fonseka olacaq.

Kotsoyev isə braziliyalı Leonardo Qonsalveşlə qarşılaşıb və 74 saniyəyə ipponla qalib gəlib. Onun 1/16 finalda rəqibi yaponiyalı Aaron Volf olub. Kotsoyev ipponla uduzaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, əvvəlki yarış günlərində 73 kq çəkidə Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medal qazanıb. 90 kq-dakı Məmmədəli Mehdiyev isə 7-ci yerlə kifayətlənib. (report)