XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

31 Avqust 2019 - 17:23

Nazir Ceyhun Bayramov əmr imzalayıb- Təhsil işçilərinin sentyabr konfranslarının keçirilməsi haqqında

Təhsil işçilərinin sentyabr konfransları keçiriləcək.

Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, bununla bağlı Təhsil naziri Ceyhun Bayramov əmr mzalayıb.

Əmrə əsasən, təhsil işçilərinin sentyabr konfransları plenar müşavirə və metodiki bölmə iclaslarından ibarət olmaqla iki gün ərzində keçiriləcək. Plenar müşavirələr 2-6 sentyabr 2019-cu il tarixlərində təşkil ediləcək. Plenar müşavirələrin zonalar üzrə keçirilməsi məqsədəmüvafiq hesab olunub.

Metodik bölmə iclasları hər bir zona üzrə plenar müşavirə başa çatdıqdan sonra yerli təhsili idarəetmə orqanlarının müəyyən etdiyi tarixdə təşkil olunacaq və sentyabrın 10-dək başa çatacaq.