XƏBƏR LENTİ

05 İyun 2020

Digər Xəbərlər

31 Avqust 2019 - 18:13

Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı 17% artıb- Rəsmi

Ötən ay Gürcüstana 243 389 Azərbaycan vətəndaşı səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin statistik məlumatında bildirilib.

İllik müqayisədə Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı 17% artıb.

İyul ayında qonşu ölkə ən çox Azərbaycandan turist qəbul edib.

Hesabat ayında Gürcüstana, ümumilikdə, 1,1 mln. nəfərdən çox əcnəbi ziyarətçi səfər edib. Azərbaycanla yanaşı, Gürcüstana ən çox Rusiya (217 454 nəfər) və Ermənistan (211 726) vətəndaşları üz tutub.