XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

25 Yanvar 2016 - 06:43

Baş prokuror Zakir Qaralov vətəndaşları [color=red]qəbul edəcək

Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov yanvarın 29-da saat 11:00-da Xızı Rayon Prokurorluğunun inzibati binasında Sumqayıt şəhərində, Xızı, Abşeron, Qubadlı və Zəngilan rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Xızı şəhərinə gəlmələri müvafiq rayon prokurorları tərəfindən təşkil olunacaq.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.