XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

31 Avqust 2019 - 20:52

Premyer Liqa:"Keşlə" "Qəbələ"ni böyük hesabla məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib.

“Report”un məlumatına görə, açılış oyununda ölkə kubokunun qalibi “Qəbələ” ötən mövsümü son pillədə bitirmiş “Keşlə”ni qəbul edib. Qəbələ şəhər stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 4:0.

Hesabı artıq 10-cu dəqiqədə “Keşlə”nin kapitanı Slavik Alxasov açıb. 39-cu dəqiqədə Tural Bayramlı fərqi artırıb. 45+1-ci və 90+1-ci dəqiqələrdə isə yeni transfer Lorenzo Frutos “dubl” edərək yekun nəticəni müəyyənləşdirib.

Bununla da ardıcıl ikinci səfər qələbəsinə imza atan “Keşlə” 6 xalla “Səbail” və “Qarabağ”ın liderliyinə şərik olub. Dalbadal 3-cü “quru” məğlubiyyətlə üzləşən xalsız “Qəbələ” isə sonuncu pillədə qalıb.