Bu gün Azərbaycan Premyer Liqasında “Qəbələ” öz meydanında “Keşlə”yə böyük hesabla məğlub olub.
Strateq.az xəbər verir ki, 4-0 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov istefa verdiyini bəyan edib.
Qeyd edək ki, “Qəbələ” keçirdiyi hər 3 oyunda məğlub olub və qol vura bilməyib.