XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

01 Sentyabr 2019 - 11:00

Türkiyədə təbii qazın qiyməti artdı

Türkiyədə kommunal xərclər, xüsusilə təbii qaz qiymətləri aşağı deyil. Qonşu, qardaş ölkədə əhali sentyabrın 1-dən qaz üçün daha çox pul ödəməli olacaq.

Türkiyədə təbii qazın qiyməti artıb. Əhali 14,97 faiz daha çox ödəmək məcburiyyətindədir. Sənaye sektorunda da qiymət artımı olub (13,73 faiz).

Artımdan sonra əhali təbii qazın bir kubmetri üçün 1,148 lirə ödəməli olacaq. Yəni söhbət qiymətin 34 qəpiyə çatmasından gedir.

Qonşu ölkələrdən Rusiyada da əhali üçün təbii qazın qiyməti Azərbaycana nisbətən bahadır. Burada qazın kubmetri 6,83 rubldur (17 qəpik).  /Bizimyol.info