XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

25 Yanvar 2016 - 06:58

Azərbaycanda [color=red] diridoğulma meyarları ilə bağlı brifinq keçiriləcək

2016-cı il yanvarın 1-dən Azərbaycanda yeni diridoğulma meyarlarının tətbiqinə başlanılıb. Bu da ölkədə çox az çəkili yenidoğulmuşların yaşamasına ümid verir.

Yeni diridoğulma meyarlarının müvəffəqiyyətlə tətbiqi üçün aidiyyəti tibb müəssisələri, səlahiyyətli və qərar qəbul edən strukturlar buna dair məlumatlı olmalı, lazımi dəstək göstərməlidirlər. Eyni zamanda belə bir məsuliyyətli, çətin işin təşkili və icrasında yalnız səhiyyə qurumlarının deyil, digər sektorların, o cümlədən kütləvi informasiya vasitələrinin birgə səyləri vacibdir.

ISIM-11.jpg

Strateq.az xəbər verir ki, bu məqsədlə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) 2016-cı il yanvarın 27-də saat 10.00-dan 12.00-a kimi kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq təşkil olunacaq. İctimai Səhiyyə və İslahatlar Mərkəzinin  6-cı mərtəbəsində keçiriləcək brifinqdə diridoğulmanın beynəlxalq meyarlarına keçidlə əlaqədar ölkədə həyata keçirilən tədbirlərdən söhbət açılacaq, ana və uşaqların sağlamlığının qorunması sahəsində rast gəlinən problemlər müzakirə ediləcək.

Brifinq sayəsində media nümayəndələri ana və uşaqların sağlamlığının qorunması, vaxtından əvvəl doğuşların qarşısının alınması üçün reproduktiv yaşda olan qadınların diqqət yetirməli olduqları vacib məqamlar barədə məlumatlar veriləcək. Bu da onların ictimaiyyətə çatdıracaqları mesajların müəyyənləşməsinə öz müsbət təsirini göstərəcək.

Bu ictimai maarifləndirmə tədbirləri “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planına və Səhiyyə Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyi arasında imzalanmış birgə Fəaliyyət Planına müvafiq olaraq həyata keçirilir.

Strateq.az