XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

25 Yanvar 2016 - 09:50

Azpetrol “müştəriləri aldadır” ittihamına [color=red]rəsmi cavab verdi  

Azpetrol şirkəti mətbuatda səsləndirilən məlumatları təkzib etdi:  “Azpetrol” müştərilərinə yüksək xidmət göstərir.

Azpetrol Şirkətinin mətbuat  katibi  Camal Zeynaloğlunun mətbuata ünvanladığı məktubda deyilir:

“Son vaxtlar bəzi KİV-də avtomobil sahiblərinin yanacaqdoldurma məntəqələrində onlara operatorlar tərəfindən yanacağın düzgün vurulmaması  barədə şikayətlərinə rast gəlinir. Bu kimi hallar Azpetrol Şirkətinin yanacaqdoldurma məntəqələrində də baş verməsi barədə məlumatlar gedir. Bəzi saytlar buna qərəzli yanaşaraq şirkətin nüfuzuna qəsdən xələl gəlməsinə və şirkət haqqında yanlış fikir formalaşdırmağa çalışırlar. Biz 06.01.2016 il tarixdə mətbuata yaydığımız açıqlamada yanacağın müştərilərin avtomobilinə düzgün vurulmamasına və ya yanacaq çəninə artıq yanacaq vurulması barədə şikayətlərə aydınlıq gətirmişdik.

Bir daha istehlakçıların nəzərinə çatdırırıq ki, hər bir avtomobilin yanacaq çəninin tutumu göstərilən ölçüyə (xəttə) qədər olan məsafə nəzərdə tutulur. Müştəri yanacaq çəninin tam doldurulmasını sifariş edərkən həmin ölçüdən (xəttdən) yuxarı hissəyə qədər, yəni çənin boğazına kimi dolmasını istəyir. Təbiidir ki, bu da yanacaq çəninin normadan artıq yanacaq tutmasına səbəb olur. Məsələn, xarici avtomobillərinin markasından asılı olaraq yanacaq çəninə normadan artıq, yəni boğazına qədər  daha 6-9 litr əlavə yanacaq vurmaq mümkündür. Sovet maşınlarına, xüsusən “VAZ-2107” markalı avtomobilinə isə normadan artıq 4 litr yanacaq vurmaq mümkündür. Müştərilər yanacağın düzgün vurulmamasından narazı qaldığı halda, bu zaman həmin məntəqənin direktoru tərəfindən müştəriyə operator tərəfindən nə qədər yanacaq vurulmasını məntəqədəki xüsusi ölçmə cihazı (menzurka) vasitəsilə yoxlanılır. Bu zaman əksər hallarda istehlakçının haqsız olduğu ortaya çıxır.

Onu da nəzərinizə çatdırırıq ki,  ölçmə cihazlarında heç bir səhv ola bilməz, çünki həmin cihazlar Standartlaşdırma, Metrologiya  və Patent üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək möhürlənir. Bu ölçmə cihazları yeni rəqəmsal avtomatlaşdırılmış qaydada idarə olunur. Ona görə də bu cihazlara müdaxilə etmək qeyri-mümkündür.

Dünyada ən düzgün və dəqiq ölçmə cihazları Yaponiyanın “Tatsuno” və Türkiyənin “Petposan” şirkətləri tərəfindən istehsal olunmuş ölçmə cihazlarıdır. Bizim Şirkətin də yanacaqdoldurma məntəqələrində istifadə etdiyi cihazlar yuxarıda qeyd olunan şirkətlər tərəfindən istehsal olunmuş cihazlardır. Bu cihazlar dünyanın ən müasir ölçmə cihazları hesab olunur və cihazların səhv etmək ehtimalı 0-a bərabərdir.

Biz, Azpetrol Şirkəti olaraq müştərilərimizə hər zaman yüksək xidmət göstərməyə və bizdən razı qalmalarına çalışırıq. Biz onları  hər zaman məmnun etmək istəyirik, yoxsa müştərilərimizi özümüzdən niyə incik salaq ki?! Respublikamızın hər yerində istənilən qədər yanacaqdoldurma məntəqələri var və belə olan halda onlar digər yanacaqdoldurma məntəqələrinə üz tuta bilərlər. Yanacaq bazarında rəqabət olduğu halda, biz müştərilərimizi nədən itirək ki?!

Onu da qeyd edək ki, müştərilərimizə qarşı işçilərimizin hər hansı səhv və ya kobud hərəkətinə görə Şirkət rəhbərliyi tərəfindən həmişə ciddi tədbirlər görülür.”

Strateq.az