XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

02 Sentyabr 2019 - 21:26

“Qarabağ” komandası heyətinə yeni futbolçu cəlb edib- FOTO

“Qarabağ” komandası transfer pəncərəsinin son günündə heyətinə yeni futbolçu cəlb edib.

Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, Ağdam təmsilçisi İngiltərə Premyer Liqasının “Bornmut” komandasından bosniya və herseqovinalı qapıçı Asmir Beqoviçi bu ilin sonunadək icarəyə götürüb.

Otuz iki yaşlı qapıçı peşəkar karyerasına İngiltərənin “Portsmut” klubunda başlayıb. 2017-ci ildən “Bornmut”da oynayan qapıçı “İpsviç”, “Stok Siti”, “Çelsi” kimi klublarda çıxış edib. A.Beqoviç 2009-cu ildən dəvət aldığı Bosniya və Hersoqovina millisində 61 oyun keçirib.