XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 January 2016 - 10:50

Bakı-Yalama-Bakı qatarı yenidən[color=red] fəaliyyətə başlayır

Sərnişinlərin çoxsaylı arzu və təklifləri nəzərə alınaraq, fevralın 1-dən 611/612 nömrəli Bakı-Yalama-Bakı elektrik qatarı fəaliyyətə başlayacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən bildirilib ki, həmin tarixdən Bakı-Xaçmaz-Keşlə marşrutu ilə işləyən 6803/6804 nömrəli elektrik qatarının fəaliyyəti dayandırılacaq.

611/612 nömrəli Bakı-Yalama-Bakı elektrik qatarı hər gün saat 20:00-da Bakı-sərnişin stansiyasından yola düşəcək, saat 01:10-da Yalama stansiyasına çatacaq, 03:30-da Yalama stansiyasından yola düşəcək və saat 09:15-də Bakı-sərnişin stansiyasına çatacaq.