XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

08 May 2015 - 08:19

İngiltərədə mühafizəkarlar qalib gəldi

Kemeron.jpg

Britaniyada dünən İcmalar Palatasına (parlament) keçirilən seçkilərin nəticələri hesablanır. İlkin nəticələr hazrkı baş nazir Devid Kemeronun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyasının seçkilərin qalibi olduğunu deməyə əsas verir.

BBC-nin son məlumtına görə Mühafizəkarlar Partiyası seçkilərdə 329 mandat əldə edib. Bu gün Britaniya vaxtı ilə saat 14.30-da D.Kemeron Bukingem sarayında kraliça II Yelizaveta tərəfindən qəbul ediləcək.

Seçkilərin ilkin nəticələri açıqlandıqdan sonra D.Kemeron ölkəni birəşdirməyə çalışacaqlarını və hər bir britaniyalı üçün hökumət quracaqlarını açıqlayıb. Leyborist Partiyasının parlamentdə 233 yer, liberal demokratların isə 8 mandat əldə edəcəkləri təxmin edilir. Liberal demokratlar çox ağır itki verərək, 48 mandat az alacaqlar.

Seçicilərin 65%-nin seçkilərdə iştirak etdiyi bildirilir. Seçicilər 650 deputat seçmək üçün dünən 50 min seçki məntəqəsində səs veriblər. Təkbaşına hökumət qurmaq üçün partiyalara İcmalar Palatasında (parlamentdə) 326 səsə malik olmaq zəruriydi.

2010-cu ilin may ayında 42 yaşlı Devid Kemeron mühafizəkarların lideri kimi baş nazir postunu tutmuşdu. O 1812-ci ildən bəri ən gənc baş nazir kimi tarixə düşüb.

Kemeron mühafizəkarların qalib gəldiyi təqdirdə 2017-ci ildə Böyük Britaniyanın Avropa İttifaqına üzvlüyü məsələsi ilə bağlı referendum keçirəcəkləri vədini verib.

46 yaşlı Ed Milibend isə 2010-cu ildən leyboristlərə liderlik edir.

Strateq.az