XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

04 Sentyabr 2019 - 10:30

Tramp ABŞ-ın bu ştatında fövqəladə vəziyyət elan edəcək –"Dorian" qasırğası səbəbilə

ABŞ prezidenti Donald Tramp “Dorian” qasırğası səbəbindən Şimali Karolinada fövqəladə vəziyyət elan edəcəyini söyləyib.

Bu barədə ABŞ prezidenti öz “Twitter” səhifəsində yazıb.

D.Tramp deyib: “Senator Tom Tillisin xahişi ilə mən bu axşam Şimali Karolinada fövqəladə vəziyyət barədə bəyannamə hazırlayıb imzalayacam”.

Prezidentin belə bir elanı federal hakimiyyət orqanlarının fəlakətə qarşı mübarizədə və zəruri hallarda onun nəticələrinin aradan qaldırılmasında kömək edəcəyi deməkdir. /Trend