XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Sentyabr 2019 - 12:20

Cavad Zərif ABŞ-ın yeni sanksiyalarına münasibət bildirdi:"Heç bir təsiri olmayacaq"

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın yeni sanksiyalarına münasibət bildirib.

Xarici İşlər naziri Cavad Zərif ABŞ sanksiyalarının İranın Kosmik Agentliyinə heç bir təsir edə bilməyəcəyini deyib.

“ABŞ sanksiyalara aludə olub. Bu sanksiyaların heç bir təsiri olmayacaq”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ İran Kosmik Agentliyinə və iki araşdırma institutuna qarşı sanksiya tətbiq edib.

ABŞ dövlət katibi Mayk Pompeonun sözlərinə görə, sanksiyalar İran Kosmik Agentliyinə və iki araşdırma institutuna – İran Kosmik Tədqiqat Mərkəzi və Astronavtika Tədqiqat İnstitutuna tətbiq olunacaq.

M. Pompeo deyib ki, ABŞ İrana kosmik buraxılış proqramını ballistik raket proqramlarını inkişaf etdirmək üçün vasitə kimi istifadə etməsinə icazə verməyəcək. /APA