XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

05 Sentyabr 2019 - 11:06

Vəkilliyə qəbul üzrə test imtahanı keçiriləcək –DİM-dən açıqlama

Dövlət İmtahan Mərkəzi (DİM) sentyabrın 8-də Vəkillər Kollegiyası ilə birlikdə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

DİM-dən Strateq.az-a verilən məlumata görə, namizədlərin sənəd qəbulunu kollegiya aparıb.

İmtahanda iştirak etmək üçün 241 nəfər qeydiyyatdan keçib. İmtahan saat 10:00-da başlayır və 3 saat davam edəcək.

İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılacaq. İmtahan bitdikdən sonra namizədə nəticələri haqqında arayış təqdim olunur.

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər.

İmtahanın Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.

İmtahanda namizədlərə qanunvericilik sahəsi üzrə 100 test tapşırığı təqdim olunacaq.

Suallara verilən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir. İmtаhаn nəticəsində ümumi bаlı 60 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.