XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

27 Avqust 2019 - 17:00

İctimai Birlik:"Əfqan qaçqınlarına diqqət artırılır"

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azyaşlıların hüquqi maariflənməsinə kömək İctimai Birliyi “Azərbaycanda daimi yaşayan əfqanların Azərbaycan cəmiyyətinə inteqrasiyasına kömək” layihəsinin icrasına başlanmışdır.

Strateq.az  xəbər verir ki, layihənin əsas məqsədi Azərbaycanda daimi yaşayan, qaçqın statusu almış əfqanların,onların ailə üzvlərinin və uşaqlarının Azərbaycan cəmiyyətinə inteqrasiyasına kömək etməkdir.

Layihə çərçivəsində Azərbaycanda qaçqın statusu almış əfqanların problemləri öyrəniləcək, bu yöndə qanunvercilik analiz ediləcək, həmin şəxslərə hüquqlarının müdafiəsi ilə bağlı yardım göstəriləcək, “Azərbaycan qaçqın əfqan uşaqlarının dili ilə”
mövzusunda müsabiqə keçiriləcək, əldə olunan nəticələr ümumiləşdirilərək dövlət orqanlarına və ictimaiətə təqdim ediləcəkdir.