XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 January 2016 - 07:29

AŞPA-da “erməni-müsəlman davası”: [color=red]Ermənilər qətnamə qəbuluna mane olmağa çalışır

 

aspa-1.jpg

Ermənilər AŞPA-nın qış sessiyasında Azərbaycanla bağlı iki qətnamənin müzakirə olunub qərar qəbul edilməsinə mane olmağa çalışırlar.

Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov deyib.

Deputat bildirib ki, AŞPA-nın yeni sədri Pedro Aqramunt Azərbaycan üzrə beş il məruzəçi olub və ölkəmizin reallıqlarına yaxşı bələddir. Əvvəlki sədrlər Azərbaycanı yaxşı tanımırdılar, onlar sədr olduqları müddətdə bir və ya iki dəfə Azərbaycana gəlir, ölkəmizi, onun reallıqlarını bilmirdilər. Ümid edirik ki, Pedro Aqramunt Avropa Şurasına üzv ölkələr arasında əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcək.

AŞPA-nın qış sessiyasında Azərbaycanla bağlı müzakirə olunacaq iki qətnamə layihəsinin müəllifi E.Süleymanov qeyd edib ki, “Dağlıq Qarabağ və Sərsəng su anbarı” və “Azərbaycanın sərhədyanı ərazilərində yaşayan əhali qəsdən sudan məhrum edilib” adlı hər iki qətnamə layihəsi komitə iclasında müzakirə edilib və plenar sessiyaya tövsiyə olunub. Ancaq ermənilər qış sessiyasında qətnamələrin müzakirə olunub qərar qəbul edilməsinə mane olmağa çalışırlar.

AŞPA-nın komitə iclasında müzakirə edilib qəbul olunmuş məruzəni yenidən müzakirə üçün geri qaytarmaq praktikası olmayıb. Buna baxmayaraq bəzi qüvvələr Azərbaycanla bağlı bu iki qətnamə layihəsinə mane olmağa, onları yenidən müzakirə etmək üçün komitəyə qaytarmağa cəhd edirlər. Məruzə müzakirəyə çıxarılacaq, bu, qaçılmazdır. Ancaq bəzi qüvvələr “Ermənistan dövlətinin silahlı qüvvələri Azərbaycan torpaqlarını işğal edib” bəndini çıxarmaq və “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini yenidən bərpa etməyə və beləliklə də məruzəni yumşaltmağa çalışırlar. Artıq 23 ildir beynəlxalq təşkilatlar qondarma qətnamələrlə beynəlxalq ictimaiyyəti aldadır. İnanırıq ki, haqq öz yerini tutacaq, biz tarixi qələbəni qazanacağıq.