XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

06 Sentyabr 2019 - 12:58

Azərbaycan Uels ilə qarşılaşacaq

Bu gün Kardiff şəhər stadionunda Bakı vaxtı ilə saat 22:45-də başlayacaq qarşılaşmanı Maltadan olan hakimlər briqadası idarə edəcək.

Azərbaycan yığması E qrupundakı ilk 3 görüşdə məğlub olub. Əvvəlcə səfərdə Xorvatiyaya 2:1 hesabı ilə yenilən komanda evdə Macarıstana 1:3 və Slovakiya seçməsinə isə 1:5 hesabı ilə uduzub. Rəqib isə ilk turda Slovakiya üzərində 1:0 hesablı qələbə qazansa da, sonrakı qarşılaşmalarında Xorvatiyaya 1:2, Macarıstana da 0:1 hesabı ilə yenilib. Hazırda Uels 3 xalla 4-cü yerdədir. Xal toplamayan Azərbaycan millisi isə sonuncu – beşinci yerdədir.

Qrupa 9 xalla Macarıstan yığması başçılıq edir. Hərəyə 6 xalla Slovakiya və Xorvatiya isə 2-ci və 3-cü yerləri bölüşdürürlər.

Azərbaycan millisi sentyabrın 9-da Bakıda Xorvatiya yığması ilə üz-üzə gələcək. Uels isə Belarusla yoldaşlıq görüşü keçirəcək.