XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

06 Sentyabr 2019 - 17:17

Tələbələrə ödəniş kartları paylanacaq –İctimai nəqliyyatda gediş haqlarını ödəmək imkanı verəcək

Azərbaycanda ali təhsil müəssisələrinin tələbələrinə SMART-kartlar paylanacaq.

Gələn ildən start veriləcəyi layihəni ilk olaraq Azərbaycan Dövlət İqtisad Universiteti ilə icra olunacağı gözlənilir.

Bu kartlar vasitəsilə tələbələr həm universitet ərazisinə daxil olmaq, həm də ictimai nəqliyyatda gediş haqlarını ödəmək imkanını əldə edəcəklər.

Layihənin icra mexanizmləri Avropa Kartlar Assosiasiyası ilə müzakirə olunub və bu təşkilatın loqosu kartın üzərində əks olunacaq. Tələbələr kartların funksionalını Avropa ölkələrinə səfər etdiyi zaman da istifadə edə biləcəklər. (APA)