XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 September 2019 - 00:47

UFC 242 turniri:Həbib Nurməhəmmədov Dastin Poryeyə qalib gəldi

Qarışıq döyüş növlərinin (MMA) UFC 242 kateqoriyası üzrə ən güclü idmançılar hesab edilən rusiyalı Həbib Nurməhəmmədov və amerikalı Dastin Porye arasında döyüş keçirilib.

Strateq.az xəbər verir ki, görüş Əbu-Dabidə şəhərində baş tutub.

Peşəkar arenada indiyədək məğlub olmayan rusiyalı Həbib Nurməhəmmədov bu görüşdə dünya çempionu kəmərini müdafiə edib. O, üçüncü raunda rəqibini boğucu fəndə salaraq məğlub edib və yüngül çəkidə öz UFC çempionu titulunu qoruyub.

Qeyd edək ki, 2018-ci ilin aprelində rusiyalı idmançı amerikalı El Yakvinta ilə döyüşdə çempion kəməri qazanıb və o vaxtdan bəri kəməri özündə saxlayır. 2018-ci ilin oktyabr ayında Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqora qalib gələrək çempion adını uğurla saxlayıb.

Döyüşdən sonra hər iki komandanın üzvləri arasında kütləvi dava düşüb. Yanvarın 29-da Nevada ştatının atletika komissiyası irlandiyalı döyüşçünü 50 min dollar cərimələyib, altı ay müddətinə diskvalifikasiya edib. Rusiyalı döyüşçü isə doqquz ay müddətinə UFC yarışlarından kənarlaşdırılaraq, 500 min dollar məbləğində cərimələnib.

Otuz yaşlı Nurməhəmmədov peşəkar rinqdə keçirdiyi 28 döyüşün hamısını qələbə ilə başa vurub.